Maliyyə əməkdaşlığında yeni səhifə

13 Dekabr 2017 16:43

Tbilisidə Gürcüstanın Ali Audit Qurumunun yaranmasıyla bağlı, beynəlxalq konfrans keçirilib. Ölkədə şəffaflığın təmin olunmasında, büdcə və digər maliyyə hesabatlarının hazırlanmasında, maliyyə institutlarına nəzarət mexanizmlərinin həyata keçirilməsində qurumun rolundan danışılıb. Sonra qurumun 2018-2022 illər üzrə inkişaf strategiyasının təqdimatı olub. Avropa İttifaqının müvafiq layihəsi barədə məlumat verilib.Tədbir çərçivəsində Azərbaycanın Hesablama Palatası və Gürcüstanın Ali Audit Qurumunun rəhbərləri arasında görüş keçirilib. Əməkdaşlıq əlaqələrinin genişləndiriməsi, birgə təlimlərin təşkili, informasiya mübadiləsi məsələləri müzakirə edilib.


AZƏR MƏMMƏDOV