3 nəfər qəzanın qurbanı oldu

13 Dekabr 2017 14:56

Goranboyda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayonun Səfikürd kəndində ağır tonnajlı yük avtomobili "VAZ-2106" markalı minik avtomobili ilə toqquşub. Minik avtomobilində olan 3 nəfər ölüb. Onlardan ikisi qardaşdır. Əraziyə FHN-nin xilasediciləri cəlb olunub və meyitlər avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparır.