Növbəti sammit Astanada olacaq

13 Dekabr 2017 10:37

"Xəzər dənizinin hüquqi statusuna dair konvensiya layihəsinin nəzərdən keçiriləcəyi Xəzəryanı ölkələrin rəhbərlərinin sammiti 2018-ci ilin yazında Astanada keçiriləcək". Bunu Rusiya prezidentinin Xəzər dənizi regionu ölkələri ilə humanitar və iqtisadi məsələlərə dair əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov bildirib. Şimal qonşumuzun xarici işlər naziri Sergey Lavrov isə Xəzərin hüquqi statusuna dair konvensiya üzərində işin demək olar ki, başa çatdığını, layihənin gələn ilin birinci yarısında Xəzəryanı ölkələrin rəhbərlərinin Qazaxıstanda planlaşdırılan görüşündə razılaşdırılacağını bildirib.