10 evdən oğurluq edən şəxs saxlanıldı

12 Dekabr 2017 18:24

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən fərdi yaşayış evlərindən oğurluq edən şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib. Nəticədə bu cinayətləri törətməkdə şübhəli bilinən Xocahəsən qəsəbə sakini Zaur Abbasov saxlanılaraq məsuliyyətə cəlb edilib. İlkin ifadəsi zamanı Zaur Binəqədi rayonu ərazisində 10-a yaxın fərdi yaşayış evindən oğurluq etdiyini bildirib. Araşdırma zamanı onun qeyd edilən evlərdən məişət əşyaları, naqillər və digər ləvazimatlar oğurladığı məlum olub. Qeyd edilən faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.