Gəncədə 15 yaşlı oğlan bıçaqlandı

12 Dekabr 2017 11:56

Gəncədə bıçaqlanma olub. Hadisə şəhərin Dədə Qorqud prospektində qeydə alınıb. 15 yaşlı Elvin Nuriyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Elvini kimin bıçaqladığı hələ ki, məlum deyil. Faktla bağlı hüquq mühafizə orqanları araşdırma aparır.