Gənc oğlan dəm qazından zəhərləndi

11 Dekabr 2017 16:38

Qobustan rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib. Rayonun Nabır kənd sakini, 20 yaşlı Atabəy Ağabəyli yaşadığı evdə dəm qazından zəhərlənib. O, təcili yardımla Qobustan Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.