"Basqal"ın tarixindən danışan kitab

09 Dekabr 2017 16:59

İsmayıllı rayonunda Prezident Yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə fəlsəfə doktoru Tofiq Babayev və Tahir Şahbazovun birgə qələmə aldıqları “Basqal” tarixi etnoqrafik tədqiqat kitabının təqdimatı keçirilib. Tədbirdən əvvəl qonaqlar “İpəkli-çiçəkli Basqal” mövzusunda sərgiyə baxış keçiriblər. Bildirilib ki, kitab Basqal qəsəbəsinin tarixi arxeoloji və etnoqrafiq tədqiqinə həsr edilib. 1989-cu ildən Dövlət Tarix və Mədəniyyət Qoruğu elan edilən Basqal memarlıq xüsusiyyətləri, tarixi abidələri, sənətkarlıq ənənələrini və orta əsrlər şəhər mədəniyyətini günümüzə çatdıran yaşayış məskənlərindən biridir. Əsərin elmi redaktoru professor Qafar Cəbiyev, rəyçiləri AMEA Arxeologiya və Etnoqrafiya İnstitunun baş elmi işçiləri professor Maya Quliyeva və Əsəd Əliyevdir.