"İçərişəhər"in əvvəlki statusu qaytarıldı

09 Dekabr 2017 14:47

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Nazirlər Kabinetinin tabeliyindən çıxarılıb. Bununla bağlı müvafiq qərarda edilən dəyişikliklərə əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin qarşısında yazılan “Nazirlər Kabineti yanında” sözləri çıxarılıb. Qoruğu əvvəllər olduğu kimi yenə də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi idarə edəcək. “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnamə”yə də dəyişiklik olunub.