ABŞ nazirlərin Vyana görüşünü alqışladı

09 Dekabr 2017 14:41

Rəsmi Vaşinqton Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Vyana görüşünü alqışlayır. Amerika Birləşmiş Ştatlarının ATƏT-dəki müvəqqəti işlər vəkili Harri Kamian ATƏT-in Nazirlər Şurasının iclasında bu barədə danışıb."Biz Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin dekabrın 6-da keçirilən görüşünü və Minsk qrupu ölkələrinin həmsədrlərinin nümayəndə heyətlərinin başçılarının bəyanatını alqışlayırıq. Oktyabr sammitində Ermənistan və Azərbaycan prezidentlərinin təmas xəttində gərginliyin azaldılması üçün danışıqların aktivləşməsi ilə bağlı razılaşmalarından məmnunuq", - deyə diplomat bildirib.