ATƏT XİN Şurasının toplantısı başladı

07 Dekabr 2017 17:10

Vaşinqton ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində səylərini dəstəkləyir. Bu sözləri ATƏT Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən toplantısında çıxışı zamanı ABŞ dövlət katibi Reks Tillerson deyib. Minsk qrupunun həmsədri olaraq Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bütün tərəflər üçün məqbul olan həllinin axtarılmasına töhfə verməyə davam edəcək. Rusiya xarici işlər Naziri Sergey Lavrov bu açıqlama ilə çıxış edib. ATƏT PA-nın prezidenti George Tsereteli isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında döyüşlərin intensivləşməsi, toqquşmaların artmasından ciddi narahatlığını ifadə edib. Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilir. İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir. İki gün davam edəcək toplantıda Avstriya sədrliyinin bir il ərzində gördüyü işlər və ATƏT-ə gələn il sədrlik edəcək İtaliyanın prioritetləri açıqlanacaq.


ORUC MANSIROV