BTQ-dən rels oğurlayanlar saxlanıldı

07 Dekabr 2017 16:49

Bakı-Tbilisi-Qars dəmir yolundan rels oğurlayan şəxslər saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyinin Samtsxe-Cavaxeti bölgəsi üzrə departamentinin əməkdaşları 3 nəfəri oğurluq üstündə saxlayıblar. Həmin şəxslər “Dəmiryol Servis” MMC-nin əməkdaşlarıdır. Oğurlanan relslər maddi sübut kimi müsadirə edilib. Faktla bağlı cinayət işi açılıb.