Mağazaya basqın edən şəxs yaxalandı

07 Dekabr 2017 16:48

Paytaxtın Xətai rayonunda yerləşən mağazalardan birinə quldurluq niyyəti ilə basqın edən şəxsin müəyyənləşdirilərək saxlanılması istiqamətində əməliyyat keçirilib. Noyabrın 9-da naməlum şəxs qeyd edilən mağazada satıcı işləyən Vahid Quliyevi bıçaqla hədələyərək quldurluq yolu ilə kassadan 420 manat götürərək hadisə yerindən qaçıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.