"Bakutel-2017" "Rossiya-24"də

07 Dekabr 2017 11:35

"Bakı bir həftəlik informasiya texnologiyalarının paytaxtına çevrilib". Bu fikirlər “Bakutel-2017” sərgisi ilə bağlı Rusiyanın “Rossiya-24” telekanalında yayımlanan reportajda yer alıb. Videomaterialda deyilib ki, Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgiyə 20 ölkədən 190-dan artıq şirkət qatılıb. Bunlar mobil operatorlar, internet provayderləri, sistem inteqratorları və tanınan brendlərin distribüterləridir. Reportaja İçərişəhərdən başlayan telekanalın müxbiri vurğulayır ki, Azərbaycan qonaqpərvərlik və turizm məkanıdır. Qeyd olunub ki, sərgidə Azərbaycanın Prezidenti İlham Əliyev iştirak edib. Müxbirin sualını cavablandıran dövlət başçısı bildirib ki, Azərbaycan texnologiyalar məsələlərində Rusiya ilə tərəfdaşlığı genişləndirir. Dünya təhlükəsizliyinin yeni çağırışları əməkdaşlığın yeni sahələrinə çevrilir.