Növbəti görüş gələn il olacaq

07 Dekabr 2017 11:31

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü 2018-ci ilin yanvarında keçiriləcək. Bu barədə XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. O deyib ki, dekabrın 6-da ATƏT-in Minsk qrupunun həmsədrləri və qurumun fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi əvvəlcə xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşlər keçiriblər. Sonra isə onların iştirakı ilə nazirlərin birlikdə görüşü təşkil edilib. Hikmət Hacıyev vurğulayıb ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasındakı təkliflərlə bağlı intensiv və konkret müzakirələr aparılıb.