Ana və bala turşudan zəhərləndi

06 Dekabr 2017 16:48

Tovuzda iki nəfər evdə zəhərlənib. Hadisə rayonun Vahidli kəndində baş verib. Kənd sakini, 69 yaşlı Əsədova Gülarə Qafar qızı və oğlu, 41 yaşlı Əsədov Eldəniz Əsəd oğlu evlərində konservləşdirilmiş pomidor turşusundan zəhərləniblər. Hər iki şəxs Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta ağır qiymətləndirilir.