2 piyada qəzanın qurbanı oldu

06 Dekabr 2017 16:31

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza şəhərin Sülh küçəsində qeydə alınıb. Yolu keçmək istəyən şəhər sakinləri 48 yaşlı Abdullayeva Arzuyə Məlikəjdər qızı və 29 yaşlı Rzayeva Nüşabə Hakan qızını avtomobil vuraraq öldürüb. Qəzanın Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən Məhəmməd Behbudovun sürdüyü "Hyundai" markalı, 50 AD 889 dövlət nömrə nişanlı mikroavtobus tərəfindən törədildiyi məlum olub. Qəzanı törədən sürücü saxlanılıb, avtomobil cərimə meydançasına aparılıb. Araşdırma aparılır.