Hərbi əməkdaşlıq müzakirə olundu

06 Dekabr 2017 14:48

Azərbaycanla Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb və digər sahələrdə əməkdaşlıq Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclasında müzakirə edilib. İclasda hərbi dialoq çərçivəsində müzakirələrdə bu ildə görülən işlər təhlil edilərək 2018-ci il üçün fəaliyyət planı razılaşdırılacaq.