Gəncə və Tovuzda zəhərlənmələr

06 Dekabr 2017 10:28

Gəncə sakini, 24 yaşlı Aygün Alınağıyeva sirkə turşusundan zəhərlənib. O, xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Şəhər sakini 27 yaşlı Aytən Alıpaşayeva isə dəm qazı zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Aytənin yaşadığı evin vanna otağında zəhərləndiyi qeyd olunub.


Tovuz rayonunda 31 yaşlı qadın sirkə turşusu içib. Hadisə rayonun Qovlar qəsəbəsində baş verib. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Muradova Vüsalə Murad qızı essensiya turşusu içib. Qadın ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Qadının hansı səbəbdən sirkə turşusu içdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.