Bakıda dəhşətli qəza: 5 nəfər həlak oldu

06 Dekabr 2017 10:26

Fövqəladə Hallar Nazirliyi Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. Xəbərə görə, Bakı şəhəri, Qaradağ rayonunda “Mercedes“ markalı yük avtomobili və “Mercedes“ markalı minik avtomobili toqquşub. Xüsusi Riskli Xilasetmə Xidmətinin Xilasetmə Qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat nəticəsində minik avtomobilinin sürücüsü Sakit Hüseynov və sərnişinlər Telnaz Hüseynova, Samirə Hüseynova, Selcan Hüseynovanın meyitləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Qəzanın beşinci qurbanı altı aylıq Cənnət Hüseynova olub. Əməliyyat başa çatıb. Məlumata görə, qohumlar Ağcabədidən yas mərasimindən qayıdırdılar. İlkin məlumata görə, qəzaya səbəb yüksək sürət olub.