Güzgüləri ölüxanalara satırmış

04 Dekabr 2017 17:05

Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində bu ilin noyabr-dekabr aylarında rayon ərazisində maşınların yan güzgülərini oğurlayan şəxs saxlanılıb. O, Bakı şəhər sakini əvvəllər dəfələrlə məhkum olunan Eldar İsmayılovdur. Saxlanılan zaman onun üzərindən güzgüləri çıxarmaq üçün istifadə olunan alətlər, eləcə də oğurladığı avtomobil ehtiyat hissələrindən bir neçəsi və digər maddi sübutlar aşkar olunaraq götürülüb. Eldar İsmayılov ifadəsində Nərimanov rayonu ərazisində 10 avtomobilin yan güzgülərini oğurlayaraq satdığını bildirib. Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.