Xəzərin statusu Moskvada müzakirə olunur

04 Dekabr 2017 15:59

Moskvada Xəzəryanı ölkələrin Xarici İşlər Nazirlərinin növbəti görüşü başlayıb. Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın xarici siyasət idarələri başçılarının budəfəki görüşü sayca yeddincidir. 2 gün davam edəcək iclasda nazirlər əsas diqqəti Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya, habelə Xəzərdə iqtisadiyyat, nəqliyyat, hərbi dənizçilik, brakonyerliyə qarşı mübarizə, gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi sahələrində əməkdaşlıq və bəzi başqa məsələləri tənzimləyən sənədlər üzərində cəmləşdirəcəklər. Müşavirədə ən aktual regional və beynəlxalq problemlərə dair fikir mübadiləsi aparılacaq. Əsas vəzifə Qazaxıstanda keçiriləcək 5-ci Xəzər Sammitinə hazırlıq olacaq.