“The Daily Caller” qəzetindən sərt məqalə

01 Dekabr 2017 09:34

"Konqresin üzvləri David Valadao, Frenk Pallone və Tulsi Gebrd Ermənistan tərəfindən işğal olunmuş ərazilərə qanunsuz səfər edərək ABŞ-ın müttəfiqi olan Azərbaycanın qanunlarını kobud şəkildə pozublar". Bunu Raul Loueri Kontreras “Daily Caller” qəzetində dərc olunan məqaləsində yazıb. Əgər konqresmenlər bu addımlarını Ermənistanla iqtisadi və mədəni əlaqələri yaxşılaşdırmaq məqsədilə atdıqlarını bəyan etsələr, bu sözlərə çətin ki, kimsə inansın. Belə ki, Mərkəzi Kəşfiyyat İdarəsinin informasiya bülletenində dünya iqtisadiyyatları sırasında Ermənistan 138-ci yerdə qərarlaşıb və Zimbabvedən, eləcə də  Papua-Yeni Qvineyadan geri qalır. Bundan başqa məqalədə vurğulanılır ki, Konqres üzvlərinin Azərbaycanın hər hansı bir ərazisinə icazəsiz səfər etməməsi üçün bir sıra tutarlı səbəbləri açıqlayıb. O qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın hissəsidir, bu regiona Azərbaycanın icazəsiz olmadan səfər etmək “qara siyahı”ya salınmağa səbəb olur. Ən əsası Azərbaycan ABŞ-ın hərbi müttəfiqidir, Ermənistan isə yox.