Bakı Bəyannaməsi qəbul edildi

30 Noyabr 2017 17:31

"Üçtərəfli formatda bu cür görüşlər regional əməkdaşlığı və baş verən prosesləri müzakirə etməyə imkan verir". Bu fikir Bakıda keçirilən Azərbaycan, Türkiyə və Pakistan xarici işlər başçılarının ilk üçtərəfli görüşündə səsləndirilib. Tərəflər belə formatlı əməkdaşlığın və xüsusilə energetika, nəqliyyat və digər sahələr üzrə birgə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Sonda “Azərbaycan, Pakistan və Türkiyə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qəti dəstək ifadə edən” Bakı Bəyannaməsi qəbul edilib. Növbəti görüşün 2018-ci ildə Pakistanda keçirilməsi planlaşdırılır.


ORUC MANSIROV