Ən yaxşı tabor komandirləri adı uğrunda yarışlar

30 Noyabr 2017 13:14

Poliqonlarda və təlim mərkəzlərində müxtəlif ixtisaslar üzrə tabor, divizion və onlara bərabər tutulan bölmələrin ən yaxşı komandirlərinin müəyyən edilməsi məqsədilə müsabiqələr keçirilir. Yarışlar çərçivəsində “Ən yaxşı motoatıcı tabor komandiri” adı uğrunda müsabiqə təşkil olunub. Hazırlıq məşqləri zamanı komandirlərin taktiki, atəş, fiziki hazırlığı və döyüş maşınlarının idarə edilməsi üzrə nəzəri bilikləri, eləcə də praktiki vərdişləri yoxlanılıb. Eyni zamanda zabitlərin döyüş zamanı tabeliklərində olan bölmələri idarəetmə bacarıqları da qiymətləndirilib.Bütün iştirakçılar yoxlanılan suallar üzrə yüksək bilik və bacarıq nümayiş etdirərək yaxşı qiymətlər alıblar. Yarışların nəticələri obyektiv qiymətləndirilərək müəyyən edilən qaliblər mükafatlandırlmaları üçün yuxarı komandanlığa təqdim ediləcək.