"Qazi" təqdim olundu

30 Noyabr 2017 11:38

“Qazi” adlı qısametrajlı film ictimaiyyətə təqdim olundu. Ekran əsərinin sujet xətti bir Qarabağ döyüşçüsünün həyatından bəhs edir. Filmdə baş rolu Qarabağ qazisi Kənan Nəcəfli ifa edir. Ekran əsərində ötən əsrin əvvələrindən başlayaraq erməni qəsbkarlığına, eləcə də 416-cı Taqanroq diviziyasında Alman nasiziminə qarşı mübarizə apararaq şəhid olan igidlərimiz də anılır. Təqdimat mərasimində ictimaiyyət nümayəndələri, Qarabağ qaziləri, ziyalılar və millət vəkilləri iştirak ediblər. Çıxışlarda Vətənin bütövlüyü və azadlığı uğrunda qazi olanların şücayətindən danışılıb. Filmin quruluşçu rejissoru Kamal Almuradlı, bədii rəhbəri Rövşən Almuradlı, ssenari müəllifi Gəray Əlibəyovdur.


RAMİL ZEYNALLI