Snayperlərin təlim toplantısı keçirildi

30 Noyabr 2017 10:59

Əlahiddə Ümumqoşun Orduda snayperlərin təlim toplantısı keçirilib. Əsas diqqət çətin relyef və kəskin iqlim şəraitinə malik olan Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərmək üçün şəxsi heyətə yüksək dözümlülük, təmkinlik, fiziki hazırlıq kimi xüsusiyyətlərin aşılanmasına yönəldilib. Hədəfin aşkar edilməsi, ona gizli yaxınlaşma, atəş mövqeyi seçmə, maskalanma, atəş üçün ilkin məlumatların hazırlanması, sərrast atəşlə şərti hədəfin məhv edilməsi və digər fəaliyyətlər məşq  etdirilib.