Döyüşə hazırlıq səviyyəsi yoxlanıldı

29 Noyabr 2017 14:26

Cəbhəboyu zonadakı raket və artilleriya bölmələrinin döyüşə hazırlıq səviyyəsi yoxlanılıb. General-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyətinin iştirakı ilə müxtəlif hərbi hissələrin saxlanclarında qorunan artilleriya sistemləri, eləcə də eşelonlaşdırılan ehtiyat sursat, mərmi və digər texniki vasitələrə baxış keçirilib. Müdafiə naziri raket və artilleriya qoşunlarının döyüşə hazırlıq səviyyəsinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.