Bakıda beynəlxalq sərgi keçiriləcək

27 Noyabr 2017 15:37

Azərbaycanda daşınmaz əmlak bazarının daha da canlandırılması, bu sahəyə yatırılan yerli və xarici sərmayələrin həcminin artırılması məqsədi ilə Bakıda RecExpo 3-cü Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi keçiriləcək. Noyabrın 28-dən başlayacaq sərgidə ümumilikdə 14 ölkədən 70-dək şirkət iştirak edəcək. Sərgidə ümumilikdə 150-dən çox layihə nümayiş etdirəcəklər. Avropa və Asiya ölkələrinin daşınmaz əmlak bazarındakı iri şirkətləri, Türkiyə, BƏƏ, Rusiya, Qətər, Böyük Britaniya, Portuqaliya, Fransa, Polşa, İtaliya, Kipr, Andorra, Gürcüstan və İspaniyanın tikinti şirkətlərinin iştirak edəcəyi sərgi noyabrın 30-dək davam etdiriləcək.