NATO toplantısında ASALA davası

25 Noyabr 2017 18:42

NATO Parlament Asambleyasının İtaliyanın paytaxtı Romada keçirilən “Aralıq dənizi hövzəsi ölkələri və Orta Şərq Transatlantik müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq” adlı konfransında Milli Məclisin nümayəndə heyəti terrorizmlə bağlı mövzuya münasibət bildirib. Azərbaycanın uzun illərdir qonşusu Ermənistan tərəfindən həm işğala, həm də terrora məruz qaldığı vurğulanılıb. Qeyd olunub ki, ASALA beynəlxalq aləmdə, həmçinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən terror təşkilatı kimi tanınır. Amma əfsuslar olsun ki, bu gün ASALA bəzi dairələrin himayəsində olduğu üçün onlara qarşı hər hansı bir tədbir görülmür. Azərbaycan tərəfinin təklifindən sonra bir neçə nümayəndə bu tip təşkilatların fəaliyyəti ilə bağlı araşdırmanın və məlumatların paylaşılmasının vacibliyini vurğulayıb. Bundan narahat olan ermənistanlı deputat Karyun Nahapetyan Azərbaycan nümayəndə heyətinin çıxışına müdaxilə edib sözünü kəsməyə cəhd göstərib. Lakin onun bu təxribatı baş tutmayıb.