Aİ-Azərbaycan əməkdaşlığı genişləndiriləcək

25 Noyabr 2017 18:03

"Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı genişləndirməyi hədəfləyir". Bunu Brüsseldə jurnalistlərə müsahibəsində Estoniya prezidenti Kersti Kalyulayd bildirib. Əlavə edib ki, qurum "Şərq Tərəfdaşlığı"nın bəzi ölkələri ilə, o cümlədən Azərbaycanla əlaqələrin genişləndirilməsinə yönələn yeni sazişlərin imzalanmasına hazırlıq işləri görür. "Məqsəd xalqlarımızın daha yaxşı və firavan yaşaması üçündür" deyən Estoniya prezidentinin sözlərinə görə, "Şərq Tərəfdaşlığı" ölkələrinin zirvə görüşləri mühüm əhəmiyyətə malikdir.