Həsən Mirzəyevin yubileyi keçirildi

24 Noyabr 2017 18:51

O, Azərbaycan dilçiliyində feil bəhsi üzrə məktəbin yaradıcısıdır. Onun Qərbi Azərbaycanın yer adları ilə bağlı araşdırması, xüsusi əhəmiyyət kəsb edir. Söhbət uzun illər Azərbaycan Pedaqoji Universitetinin "Müasir Azərbaycan dili" kafedrasına rəhbərlik edən alim Həsən Mirzəyevdən gedir. Bu gün vaxti ilə fəaliiyət göstərdiyi təhsil ocağında professorun 90 illik yubileyi keçirilib. Bildirilib ki, filologiya üzrə elmlər doktoru Həsən Mirzəyev 200-dən artıq elmi əsərin, 12 cildlik monoqrafiya, 25 kitab və 10-a yaxın tədris proqramının müəllifi idi". Həsən Mirzıyevin yaradıcılığı bununla yekunlaşmayıb. Yeni Azərbaycan Partiyasını yaradan "91-lər"dən biri olub. Həsən Mirzəyev 2002-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə "Şöhrət ordeni"nə, daha sonra dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Əməkdar Elm Xadimi fəxri adlarına layiq görülüb. O, uzun sürən xəstəlikdən 2015-ci ildə dünyasını dəyişib.