Aİ 20 əsas hədəfi müəyyənləşdirdi

24 Noyabr 2017 17:35

"Şərq Tərəfdaşlığına doğru nəticələrə yönəlmiş yanaşmanı dəstəkləmək üçün Avropa İttifaqı 2020-ci ilə kimi əldə olunacaq 20 əsas nəticəni müəyyənləşdirib". Bu fikri arb24-ə ekskuliziv müsahibəsində Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov deyib. Belçikada keçirilən Şərq Tərəfdaşlığı Sammitində ölkəmizi təmsil edən QHT sədrinin sözlərinə görə, bu hədəflərə nail olmaq üçün Şərq Tərəfdaşlığının 2015-ci il Riqa Sammitində razılaşdırılmış dörd prioritet sahədə əməkdaşlıq həyata keçirilir. Səbuhi Abbasov həmçinin bildirib ki, sammitdə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin geniş müstəvidə müzakirəsi gözlənilir.