Azərbaycan-Gürcüstan əlaqələri

23 Noyabr 2017 10:09

"Adjara PS2 qəzetində "Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin 25 ili: strateji tərəfdaşlığa aparan yol" adlı məqalə dərc olunub. Müəllif, Azərbaycan-Gürcüstan əlaqələrinin qədim tarixinə nəzər salır, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından keçən 25 ildə görülən işləri təhlil edir. Məqalədə ölkələrimizin beynəlxalq təşkilatlardakı əməkdaşlığı, regional enerji və infrastruktur layihələrindən də bəhs edilir.