Qanunsuz rejimə yardım kəsilməlidir

22 Noyabr 2017 14:51

"Washington Times" qəzetində Xankəndindəki qanunsuz rejimə yardım göstərilməsi barədə məqalə dərc edilib. "Dağlıq Qarabağ ucbatından mənəvi oriyentirlərin itirilməsi" sərlövhəli məqalənin müəllifi Ceykob Kamarasdır. Müəllif Dağlıq Qarabağ münaqişəsi barədə faktları araşdıraraq bu nəticəyə gəlir ki, ABŞ müəyyən qərarlarına yenidən baxmalıdır. Çünki BŞ işğal olunmuş, tanınmamış bir ərazini maliyyələşdirir. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi BMT Təhlükəsizlik Şurası və qrumun Baş Məclisinin qəbul etdiyi qətnamələrə ziddir. ABŞ Dövlət Departamenti təsdiqləyir ki, rəsmi Vaşinqton "Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır. Lakin Kamaras vurğulayır ki, Azərbaycanın ərazi bütövlüyünə həqiqi dəstək Dağlıq Qarabağdakı qanunsuz rejimə maliyyə yardımının tamamilə kəsilməsi yolu ilə ifadə edilməlidir. Müəllif yazır ki, Amerika Ermənistana və işğal edilmiş Dağlıq Qarabağa münasibətdə düzgün, yəni həm maliyyə, həm də mənəviyyat baxımından ağlabatan siyasət yürütməlidir. Amerika başqa dövlətlərin vassalları olmayan real mütəffiqlərini maliyyələşdirməlidir.