Azərbaycan İslam ölkələrinin mediasında

21 Noyabr 2017 16:52

Azərbaycanın İslam dünyasının həmrəyliyi naminə gördüyü mühüm işlər İslam ölkələri mediasının diqqətindədir. Pakistan, Əfqanıstan, Şimali Kipr Türk Respublikasının qəzet, jurnal və televiziyasında “İslam Həmrəyliyi İli” ilə bağlı bir sıra yazılar dərc edilib, verilişlər nümayiş olunub. Qeyd olunur ki, Azərbaycan Cənubi Qafqazın sürətlə inkişaf edən, sabit və çox təhlükəsiz müsəlman ölkəsidir. Bildirilir ki, bu gün İslam ölkələrində yaşanan hadisələr, İslam dinini dünyaya terror dini kimi təqdim etmək cəhdləri müsəlman dövlətləri arasında İslam həmrəyliyinin gücləndirilməsini zəruri edir. Vurğulanır ki, Azərbaycanın bütün müsəlman ölkələri ilə münasibətləri dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Rəsmi Bakı bundan sonra da İslam dünyasının ümümbəşəri və sülhpərvər dəyərlərinin təbliği işində müsəlman ölkələri ilə yaxından əməkdaşlıq edəcək. Məqalələrdə həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Yaxın Şərq dövlətlərində yaranmış qarşıdurmalardan, qaçqın problemlərindən söz açılır.