Deputatların qanunsuz səfəri Meksika mətbuatında

18 Noyabr 2017 10:51

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə deputatların qeyri-qanuni səfərləri Meksika-Azərbaycan münasibətlərinə zərər yetirir. Bu barədə Meksikanın “Excelsior” qəzeti yazıb.  Qeyd olunur ki, Azərbaycanın Meksikadakı səfirliyi meksikalı deputatların  Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərinə icazəsiz səfərini onların səlahiyyətlərini aşması hesab edir. Deputatlar Dağlıq Qarabağ regionuna Azərbaycan hökumətinin icazəsi olmadan qeyri-qanuni səfər ediblər. Bu provokativ və qəbuledilməz hərəkət Meksika ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin ruhuna ziddir. Bundan başqa bir sıra digər media resursları, o cümlədən radio vasitəsilə bu məsələ işıqlandırılıb.