Xocalının "Ağrı"sı İsraildə

16 Noyabr 2017 12:04

Ermənistan silahlı birləşmələrinin Xocalıda törətdiyi vəhşiliklərdən bəhs olunan “Ağrı” bədii-sənədli romanı İsrailin Təl-Əviv şəhərindəki “Medial” nəşriyyatında ingilis dilində çapdan çıxıb. Romanın müəllifləri Əmir və Arye Qut “əsərdə həqiqət axtarışına çıxaraq Azərbaycanın Xocalı şəhərində törədilən dəhşətli kütləvi qırğından müfəssəl söhbət açırlar. Müəlliflər bu qanlı qırğının canlı şahidləri olan Xocalı sakinlərinin ifadələri əsasında müasir Ermənistanın terrorçu liderlərinin maskasını yırtıblar. İsrailli müəlliflər Azərbaycan xalqının kədərini və faciəsini böyük ürəkağrısı ilə təsvir edirlər. Onlar ölüm və vahimə toxumu səpən, Azərbaycan tarixinin maddi və mədəni irsini məhv edən, lakin Vətən oğullarını böyük missiyaya – öz əzəli torpaqlarını qorumağa ruhlandıran saf və işıqlı duyğuları məhv edə bilməyən erməni terrorçuların mənfur niyyətlərindən dünyanı xəbərdar edirlər.