Ölümə qarşı sağlam mübarizə

14 Noyabr 2017 18:06

“Dünya üzrə hər 10 saniyədə 2 nəfərə şəkərli diabet diaqnozu qoyulur, 1 nəfər isə bu xəstəlikdən dünyasını dəyişir”. Bu fikirlər Diabet Məktəbinin mütəxəssislərinin şəkərli diabet xəstələri ilə keçirdiyi təlimdə səsləndirilib. Bildirilib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da qeyri-sağlam həyat tərzi artıq çəkinin artmasına səbəb olur. Bu da bilavasitə şəkərli diabetin yaranmasına təkan verir. Diabet ölüm səbəbinə görə ürək, qan-damar çatışmazlığından və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. O, da vurğulanıb ki, Azərbaycanda belə xəstələrə daim diqqət gəstərilir. Onlara pulsuz olaraq qlükometrlər və test sistemlər paylanıb. Bununla da həmin xəstələrin dərman təchizatı ilə bağlı uzun illər davam edən problemi aradan qaldırılıb. Nəticədə şəkərli diabetdən ölüm göstəricisi də enib. Sonda şəkərli diabet xəstələri arasında diabetlə bağlı sorğu keçirilib. Sualın cavabını düzgün cavablandıran posientlər hədiyyə ilə mükafatlandırılıb.