Sabah son gündür

14 Noyabr 2017 16:06

Sabahdan avtomobillərdə pərdə və plyonkadan istifadə üçün verilən icazənin müddəti başa çatır. Bakı şəhər Baş Polis İdarəsinin məlumatına görə, 15 noyabr tarixindən etibarən avtomobillərin arxadakı yan şüşələrində jalüz və ya görüntünü məhdudlaşdıran digər avadanlıqdan istifadə edən sürücülər 150 manat məbləğində cərimələnəcəklər.