BTQ Ermənistanın layihələrini iflasa uğratdı

14 Noyabr 2017 14:23

Bakı-Tblisi-Qars dəmir yolunun istifadəyə verilməsi Ermənistandakı bəzi infrastruktur layihələrinin reallaşdırılmasına imkan verməyəcək. Bir neçə layihə isə artıq iflasa uğrayıb. Bu barədə elə Ermənistan mətbuatı yazır. Bildirilir ki, Bakı-Tbilisi-Qarsın açılışından sonra ölkədə həyata keçirilməsi nəzərdə tutulan bəzi layihələr aktuallığını itirib. "Şimal-Cənub" avtomagistralının aqibəti şübhə altındadır. Çünki beynəlxalq maliyyə təşkilatları bu layihəyə investisiya yatırmaq istəmirlər. Ermənistan hökuməti belə hesab edir. Ekspertlərin fikrincə, bir neçə ildən sonra bu yol, mahiyyətini itirəcək. Çünki "Şimal-Cənub" avtomagistralı Azərbaycanın nəqliyyat şəbəkəsi ilə rəqabətə davam gətirə bilməyəcək və rentabelli olmayacaq.