Şəkərin şirin olmayan tərəfi

14 Noyabr 2017 11:57

Günay kimi diabet xəstəliyindən xeyli gənc əziyyət çəkir. Həkimlər də  təsdiqləyirlər ki, son illər belə xəstələrin sayı artdığından şəkərli diabetin yaşı cavanlaşır. Şəkərli diabet xəstələri 4 qrupa bölünürlər. 1-ci qrupa aid olanlarda insulin çatışmazlığı müşahidə olunur. Bu qrupa daxil olanlar əsasən azyaşlı və gənc nəslin nümayəndələridir. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olması ilə ölçülür. Qanda şəkərin səviyyəsi 126-dan yuxarı olan insanlar diabet xəstəsi sayılır. Adətən qorxudan yaranan Şəkərli diabet ilkin dövrlərdə yüngül simptomlarla keçdiyindən 5-10 il müddətədə insanlar bunun fəsadlarını elə də hiss etmirlər. Statistikaya görə, son 9 ayda respublikada diabetli xəstələrin sayı əvvəlki illərlə müqayisədə 12 faiz artıb. Mütəxəssislər deyir ki, şəkərli diabetin 2-ci qrupu daha geniş yayılıb və bu xəstəlik orta yaşlı insanlarda müşahidə olunur. Belə xəstələrin 90 faizi 2-ci qrup diabetli xəstəlikdən əziyyət çəkənlərdir. Köklükdən, qan təzyiqinin yüksək olmasından və bu xəstəlikdən genetik olaraq şikayətlənənlər risk qrupuna daxildilər. Xəstəliyin ağır növü damarların tutulması və sinir sisteminin pozulması ilə müşaiyət olunur. Ölkədə qeydiyyatda olan diabet xəstələri illərdir ki, dərmanlarla pulsuz təmin edilirlər. Dünyada 380 milyondan çox şəkərli diabet xəstəsi var. 2040-cı ildə bu rəqəmin 600 milyona çatacağı proqnozlaşdırılır. Hər il insanların 5 faizi məhz diabet nəticəsində dünyasını dəyişir. Beynəlxalq Diabet Federasiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyəsi ilə dünya diabet günü qeyd olunur. 2006-cı ildə Səhiyyə Təşkilatı xüsusi bəyannamə qəbul edib və bu sənəddə şəkərli diabet "ağır xroniki xəstəlik" kimi səciyyələndirilir.


SİMNARƏ  HƏMİDQIZI