Bakıda adam oğurlayan dəstə tutuldu

13 Noyabr 2017 18:59

Bu ilin noyabrın 8-də Bakı şəhər sakini Balabəy Məmmədov Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, Binəqədi rayonunda qardaşları ilə birlikdə olarkən borcu olduğu Rövşən Əmirxanlı Rasim və Orxan adlı şəxslərlə birlikdə onların qarşısını kəsib, zorla maşına oturdub, hədə-qorxu gəldikdən sonra Akademik Həsən Əliyev küçəsində qardaşı Rüfət Kəngərlini girov götürərək özləri ilə aparıblar. Həmin şəxslər Balabəy ilə əlaqə saxlayaraq qardaşının azad olunması müqabilində ilkin olaraq 1000 manat tələb ediblər. Pulu verməyəcəkləri təqdirdə isə qardaşını qətlə yetirəcəklərini bildiriblər. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunan dəstənin başçısı Rasim Ramazanov, Rövşən Əmirxanlı və Orxan Ağalı saxlanılıb.Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.