Gürcüstanda 5 nazirlik ləğv olunur

13 Noyabr 2017 17:36

Gürcüstan hökumətinin tərkibində struktur dəyişiklikləri aparılır.  İslahatlara görə ölkədə 5 nazirlik ləğv edilir. Məlumata görə, 5 qurumun səlahiyyətləri 13 nazirlik arasında bölüşdürülür. İqtisadiyyat ilə Energetika, Mədəniyyət ilə İdman, Kənd Təsərrüfatı ilə Ətraf Mühit nazirlikləri birləşdiriləcək. Bundan başqa, Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə dövlət nazirliyi Xarici İşlər Nazirliyinin tərkibinə keçəcək. Baş nazirin sözlərinə görə, prosesi ilin sonunadək başa catdırmaq nəzərdə tutulur.


AZƏR MƏMMƏDOV