Verilən möhlət başa çatdı

13 Noyabr 2017 10:45

Sürücü və avtomobil sahiblərinə mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları standartlarının tələbləri ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin verdiyi 1 aylıq möhlət başa çatıb. Bəziləri gözəl göründüyünü düşünərək nömrələrdəki defis simvollarını bilərəkdən silir. Bu isə qayda pozuntusu deməkdir. Yəni sürücünün adi kiçik xətt hesab etdiyi simvolu silməsi dövlət qeydiyyat nişanları standartının tələblərinin pozulması kimi qiymətləndirilir ki, bu da nəticədə yol polisi tərəfindən sürücünün cərimələnməsinə şərait yaradır.