Xəzərdə itkin düşən iki balıqçının meyiti tapıldı

13 Noyabr 2017 10:43

Noyabrın 11-də Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxan və geri qayıtmayan Fikrət Hüseynzadə və Sehran Qurbanovun meyitləri aşkar edilib. Məlumata görə, balıqçıların cəsədləri sudan çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.