Erməni vandalizmi tarixi sənədlərdə

11 Noyabr 2017 14:12

Dünya siyasətinin tendensiyalarından biri də həqiqətə ikili standartlarla yanaşmaqdır. İrəvanın Azərbaycanın əzəli torpağı olmasını hələ də Qərbin bəzi siyasi dairələri tam qəbul etmək istəmir. Bu fikirlər Gürcüstanın paytaxtı Tbilisi şəhərində Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində “İrsimizə atəş açmayın” adlı yeni sənədli filmin təqdimatı mərasimində səslənib. Filmdə dağıdılan İrəvan məscidləri Qərb və Rusiya alimləri, səyahətçiləri, yazıçılarının xatirələri öz əksini tapıb. “İrsimizə atəş açmayın” adlı sənədli filim Azərbaycan, alman və rus dillərində hazırlanıb. Yaxın gələcəkdə film ingilis dilində təqdim olunacaq.


AZƏR MƏMMƏDOV