200 azərbaycanlı qadın İraqda həbsdədir?

10 Noyabr 2017 11:58

"Azərbaycanlıların İraqda saxlanılması faktları araşdırılır". Bu cür acıqlama ilə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev çıxış edib. Məsələ ondadır ki, İraq parlamentinin deputatı Vian Dahil öz "twitter" səhifəsində 512 rus və 200 azərbaycanlı qadının tutularaq həbsxanaya göndərildiyi haqda xəbər yazıb. Qeyd edib ki, onlar tutularaq İŞİD üzvləri kimi həbsxanaya göndəriliblər. Hikmət Hacıyev deyib ki, bu cür bəyanatlar yeni deyil, faktlar araşdırılır və öyrənilir. Əlavə edib ki, Azərbaycan tərəfi İraqdakı səfirliyi vasitəsilə daimi olaraq bu ölkənin müvafiq orqanları ilə bu məsələ üzrə təmasdadır.