Sözdən əmələ keçmək vaxtıdır

10 Noyabr 2017 11:42

Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrlərindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı əməli addımların atılmasını gözləyir. Bu bəyanatı ölkəmizin qurum yanında nümayəndə heyəti Daimi Şuranın iclasında səsləndirib. Bildirilib ki, rəsmi Bakı Azərbaycan və Ermənistan prezidentlərinin oktaybr görüşü üçün atılan addımları müsbət qiymətləndirir. Lakin həmsədrlər bununla kifayətlənməməlidir, danışıqları intensivləşdirmək üçün səylər daha da artırılmalıdır. Nümayəndə heyəti vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in sənədləri və qərarları və Helsinki Yekun Aktının prinsipləri münaqişənin həlli üçün əsasdır və məhz buna görə də sözdən əmələ keçmək vaxtıdır.