Müdafiə naziri NATO toplantısında çıxış etdi

09 Noyabr 2017 17:55

Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində Brüssel şəhərində keçirilən görüşündə iştirak edib. Tədbirdə Əfqanıstandakı təhlükəsizlik vəziyyəti, Qətiyyətli Dəstək Missiyasının gələcəyi, Əfqan Müdafiə və Təhlükəsizlik qüvvələrinin inkişafı barədə müzakirələr aparılıb. İclasda çıxış edən Zakir Həsənov ölkəmizin Əfqanıstandakı beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi missiyasına verdiyi töhfəni qeyd edərək bu ölkəyə yardım məqsədilə təlim, təhsil, infrastruktur, nəqliyyat, investisiya və digər sahələrdə müxtəlif proqramların həyata keçirildiyini xüsusi vurğulayıb.