Azərbaycan həqiqətləri Fransa mətbuatında

09 Noyabr 2017 12:09

"Başqalarına dərs verən, özünü xilaskar kimi qələmə verən Qərb ölkələri 25 ildir Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalına göz yumur". Bu fikirlər Fransanın “La Revue” jurnalında AZərbaycan haqqında yazılan məqalədə yer alıb. Müəllif Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu qeyd edərək Qərb mətbuatının bu məsələdə susmasını qərəzli mövqe adlandırır. Bakının qədim və müasir dövr memarlıq nümunələrindən də söz açan məqalədə şəhərdə müxtəlif dinlərin nümayəndələrinin mehriban şəraitdə yaşadıqları diqqətə çatdırılır. Azərbaycanın tolerantlıq beşiyi olduğu, bu ölkədə qadınlara hələ 1918-ci ildə səsvermə hüququ verildiyi vurğulanır.